Ukraynada meymunçiçəyinə ikinci yoluxma qeydə alındı
    • 19-09-2022, 21:23
    • 329

Ukraynada meymunçiçəyinə ikinci yoluxma qeydə alındı

Ukraynada meymunçiçəyinə yoluxma ilə bağlı ikinci hadisə qeydə alınıb.

News24.az Unian-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, xəstə hərarətin yüksəlməsi, üzündə, ağzında və əllərində səpkilərin olması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəstənin özünün dediyinə görə, onda səpgilər avqustun sonunda  əmələ gəlib, lakin bir neçə gün əvvəl xəstəxanaya müraciət edib.