Qırğızıstan və Tacikistan sülh protokolu imzalayıb
    • 19-09-2022, 21:35
    • 246

Qırğızıstan və Tacikistan sülh protokolu imzalayıb

Qırğızıstan və Tacikistanın dövlət təhlükəsizlik komitələrinin rəhbərləri sərhəddə vəziyyətin sabitləşməsi və sülhün bərqərar olunması barədə protokol imzalayıblar.

News24.az xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb. 

Qırğızıstan DTX-nin sədri Kamçıbek Taşıyev bildirib ki, Tacikistanla imzalanan protokolun məqsədi vəziyyəti sabitləşdirmək və iki ölkə arasında sülhü bərqərar etməkdir.