Tanınmış jurnalistə “ARB 24”-də yüksək vəzifə verildi -FOTO
    • 23-09-2022, 10:04
    • 315

Tanınmış jurnalistə “ARB 24”-də yüksək vəzifə verildi -FOTO

Tanınmış aparıcı, jurnalist Kəmalə Əlisgəndər qızına “ARB 24”-də vəzifə verilib.

News24.az xəbər verir ki, o, ARB 24-də “Xəbərlər” departamentində şef redaktor kimi fəaliyyətə başlayıb. Artıq aparıcı kollektivə təqdim edilib.

Xatırladaq ki,K.Əlisgəndər qızı 1995-2005-ci illərdə AzTV-də aparıcı, redaktor, müxbir, 2005-2016-ci illərdə ANS-də “Şirin çay”, “İç xəbər”, “Xəbərçi” layihələrində aparıcı, rəhbər, redaktor, müxbir, 2016-2017-ci illərdə “İnterAz” televiziyasında xəbərlərin baş redaktoru, 2018-ci ildən İTV-nin “Xəbərlər” departamentinin direktor müavini vəzifələrində vəzifələrində çalışıb.

O, 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.