Gənclər şəhərciyində yaşlı kişi bıçaqlandı
    • 25-09-2022, 09:53
    • 256

Gənclər şəhərciyində yaşlı kişi bıçaqlandı

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayon ərazisində yerləşən Gənclər şəhərciyində qeydə alınıb.

1962-ci il təvəllüdlü Rasim Qəhrəmanov tanışı tərəfindən yaşadığı binanın yaxınlığında bıçaqlanıb. Ona tibbi yardım göstərilib. Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir. /Teleqraf.com/