Astara sakini Bakıda yarmarkada döyülüb
    • 18-10-2022, 11:49
    • 126

Astara sakini Bakıda yarmarkada döyülüb

Bakıda yarmarkada adam döyən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə oktyabrın 17-də saat 10 radələrində F.X.Xoyski küçəsində yerləşən yarmarkada 2 nəfərin xuliqanlıq zəminində Astara rayon sakini T.Baxşiyevi döymələri barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakinləri Rafiq Məmmədov və Tural Məmmədov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.