Eşq deyil, klip imiş... - FOTO
    • 22-10-2022, 12:05
    • 298

Eşq deyil, klip imiş... - FOTO

Müğənni Ayaz Babayev model Fidan Əliyeva ilə eşq iddialarını və nişanlanması ilə bağlı xəbərləri yalanlayıb.

News24.az "Olay"-a istinadən xəbər verir ki, Ayaz bunun sadəcə klip çəkilişi olduğunu bildirib:

“Hər zaman kliplərimdən “backstage” paylaşıram. Həmişə klipdəki xanımlarla, duet ortaqlarımla məni yaraşdırırlar. Yeni klipimdə tərəf müqabilim peşəkar model Fidan Əliyeva oldu. Bizim aramızda sevgiliyik, nişanlandıq sözü keçməyib... Bu sadəcə bir layihə idi. Klipini Mamed İsmayılovun çəkdiyini dəfələrlə bildirməyimizə, mahnının “Yolumu yoluna yönəldən” hissəsini paylaşmağıma rəğmən... Kadrları da məhz bu sözlə paylaşdım ki insanları aldatmayım.. Ajiotaj yaratdı? Bəli, həm də çox.



Kimlərsə əməyə yox, evliliyə bu qədər maraq göstərirsə, mənim günahım deyil. Dünən yüzlərlə dost, qohum zəngini də açmadım. Çünki klipə qədər heç nə paylaşa bilməzdim, maraqda saxlayırdım bu işi, yəni mən öz yaxınlarıma da yalan danışmayım deyə zənglərə, mesajlara cavab vermədim. “Backstage” isə dünyanın hər yerində paylaşılır. Ceylo ilə Maluma da “Marry me”dən əvvəl bəy və gəlin paylaşımı etmişdi, dünyanı silkələmiş sonra layihəni təqdim etmişdilər. Onlarla belə iş sayaram. Uzun sözün qısası mənə görə sevinən hər kəsə təşəkkür edirəm, işim mənim üçün evlilikdən qat-qat vacibdir. Sənətimə də eyni sevgi və dəstəyi hamınızdan gözləyirəm. Onu da əlavə edim ki, layihə üçün xaricdə sevgili olanlar da var. Biz isə sadəcə işimizi görüb, kadrları paylaşdıq”.