XİN-dən yeni səfirliklərimizlə bağlı AÇIQLAMA
    • 19-11-2022, 13:18
    • 129

XİN-dən yeni səfirliklərimizlə bağlı AÇIQLAMA

"Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək".

News24.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi "Twitter"də bildirib.

“Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Təmsilçilik Ofisinin açılması haqqında qanun layihələrini təsdiqləyib. Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək”, - məlumatda bildirilib.