Müəllimlərin qarşılıqlı yerdəyişməsi üçün bal tələbi bu qədərdir
    • 24-11-2022, 12:01
    • 199

Müəllimlərin qarşılıqlı yerdəyişməsi üçün bal tələbi bu qədərdir

"Müəllimlərin qarşılıqlı yerdəyişməsi üçün minimum tələb 30 bal və ya 50 faiz müəyyən edilib. 50 faizdən yüksək nəticə göstərən müəllimlər yerlərini qarşılıqlı dəyişə bilirlər. Hər hansı fərqli bir keçid balının tətbiq olunması nəzərdə tutulmur".

News24.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, vətəndaşlar ,əsasən, Bakı, Sumqayıt, Abşerona yerdəyişmə etmək istəyir. Buna görə müraciətlərin sayı çox olur. Ancaq nəticədə yerdəyişmə prosesində çox az qisim iştirak edir.