Bakıda inanılmaz hadisə - Qadın oteldə ərini bıçaqladı
    • 2-12-2022, 13:06
    • 166

Bakıda inanılmaz hadisə - Qadın oteldə ərini bıçaqladı

Bakıda hotellərdən birində gənc qadın ərini bıçaqlayıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində “Yaşıl Bazar” deyilən yerin yaxınlığında yerləşən “Bakı Hotel”-də baş verib. Beyləqan sakini, 1993-cü il təvəllüdlü Könül Babayeva həyat yoldaşı Emini otelin 208-ci nömrəsində bıçaqlayaraq ağır xəsarət yetirib.

Bildirilir ki, hadisə mübahisə zəminində baş verib. Hadisədən əvvəl ərinin başqa qadınlarla yazışdığını öyrənən Könül evdən çıxaraq hotelə yerləşib. Bir neçə gün sonra Emin arvadının qaldığı yeri tapıb və hotelə gəlib. Onlar otaqda olarkən mübahisə baş verib və 29 yaşlı qadın bıçaqla ərinin kürəyinə zərbə endirib. Hadisə barədə Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb və Könül həbs edilib.

O, istintaqa ifadəsində əməlini etiraf edib: “2019-cu ildə Eminlə təsadüfən tanış olmuşam, 2020-ci ildə rəsmi nikah bağlamışıq, övladımız yoxdur. Eminin dəfələrlə mənə xəyanət etdiyini mobil telefonunda görmüşdümr. 2021-ci ilin avqust ayında evdən çıxıb Nəsimi rayonu, Xətai prospekti 7 ünvanında yerləşən, “Yaşıl Bazar” ilə üzbəüz olan “Bakı Hotel”-də qalmağa başladım. Emin dəfələrlə telefonla əlaqə saxlayaraq barışmaq istədiyini bildirmişdi. Həmin vaxt Eminlə barışmaq qərarına gəldim və qaldığım otelə gəldi. Eminlə təxminən bir saat söhbət etdikdən sonra getdi. Növbəti gün saat təxminən 00 radələrində ona zəng vuraraq yenidən qaldığım hotelin 208-ci otağına çağırdım. Emin gəldikdən sonra xeyli söhbət etdik. Söhbət edən zaman Eminin telefonuna “sms” gəldiyini gördüm, onun telefonunu götürərək “Whatsapp”, “İnstagram” mesajlarına baxdım. Həmin mesajlarda Eminin müxtəlif qızlar ilə ədəbsiz yazışmalarını aşkar etdim və çox pis vəziyyətə düşdüm, Emindən həmin qızların kim olduğunu soruşmuşdum. O isə əsəbi danışmağa başladı və mübahisə etdik. Emin məni döyməyə başladı. Baldır nahiyəmə ayağı ilə zərbələr vurdu. Bu zaman masanın üzərindəki taxta tiyəli, mətbəx bıçağını götürərək Eminin kürək nahiyəsindən bir dəfə zərbə vurdum, bıçağı nə qədər dərinliyə saldığımı bilmədim, həmin vaxt ağlamağa başladım. Emini bıçaqla vurduğum zaman onun əynində köynək yox idi. Emin mənə “bağışla, Könül” dedi, mən isə Eminə “gəl, həkimə gedək” dedim. Sonra Emin orada olan qəhvəyi rəngli qısaqol köynəyini əyninə geyindi. Saat təxminən 07 radələrində gecəni bir yerdə qaldığımız “Bakı” hotelindən çıxıb Eminin “Opel Astra” markalı avtomobili ilə bacımgilin yaşadığı Ramana qəsəbəsinə getdik. Emin məni düşürdüb öz evlərinə getdi. Narahat olduğum üçün qayınanama zəng edərək Eminin halını soruşdum, Eminin əməliyyatda olduğunu dedi, G gözləyə bilməyib Sabunçu xəstəxanasına getdim və oradakı polislərə Emini vurduğumu bildirdim. Onu öldürmək məqsədi ilə bıçaqlamamışam, mənə ona xəyanət etdiyi üçün aralarında yaranmış şəxsi münasibətlər zəminində hadisə olub”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli hökmü ilə hoteldə ərini bıçaqlayan 29 yaşlı qıza 3 il həbs cəzası verilib.