Əvvəl “dəmir yumruq” yeyirdilərsə, indi “QARDAŞ YUMRUĞU” YEYƏCƏKLƏR - Şərh
    • 6-12-2022, 15:24
    • 658

Əvvəl “dəmir yumruq” yeyirdilərsə, indi “QARDAŞ YUMRUĞU” YEYƏCƏKLƏR - Şərh

“Şuşa Bəyannaməsində hərbi sahədə öz əksini tapan əməkdaşlıq var. Həmin bəyannamə hər iki ölkənin parlamentində ratifikasiya olunub, hüquqi gücə malikdir və dövlətlər bəyannamədə nəzərdə tutulan müddəaların icrası ilə məşğuldur. Qarabağda keçirilən əməliyyatı Azərbaycan Ali Baş Komandanı “Dəmir yumruq” adlandırdı. Bildiyim qədəri ilə Azərbaycan-Türkiyə birgə təliminə “Qardaş yumruğu” adını Türkiyə Prezidenti verib”.  

Bu fikirləri News24.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. 

O bildirib ki, “Qardaş yumruğu” birgə təlimi təkcə bizim cənub qonşumuza mesaj deyil: “Bu təlim əvvəlcə Ermənistan və onu dəstəkləyən bütün qüvvələrə bir mesajdır. İkincisi, Azərbaycanı və Türkiyəni təhdid etmək istəyənlərə bir mesajdır. Çünki bunların içərisində İslam dövlətləri ilə bərabər bəzi Qərb dövlətləri də var. Onlar Ermənistanı dəstəkləməsə də, antitürk mövqeyi ilə seçilirlər. Üçüncüsü, Azərbaycan-İsrail münasibətlərinin yaxşılaşmasından sonra “cin atı”na minənlərə bir mesajdır ki, özünüzü yığışdırın, Azərbaycan və Türkiyə öz siyasətlərini özləri müəyyən edir. Dördüncüsü, terrorla məşğul olan dövlətlərə, əsasən, Türkiyəni və Azərbaycanı təhdid edən PKK, ASALA və bu tip terror təşkilatlarına bir mesajdır. Yəni, əvvəl “dəmir yumruq” yeyirdilərsə, indi “qardaş yumruğu” yeyəcəklər. 

Beşincisi isə Türkiyənin daxilindəki anti qüvvələrə mesajdır. Çünki iyun ayında orada prezident seçkiləri var. Türkiyədə çox güclü erməni tandemi fəaliyyət göstərir”.