“Etiraz aksiyası ilk addımdır, növbəti mərhələdə...”- ŞƏRH
    • 13-12-2022, 15:32
    • 245

“Etiraz aksiyası ilk addımdır, növbəti mərhələdə...”- ŞƏRH

“Azərbaycan hələki yumşaq gücdən istifadə edir və diplomatik səylər prosesə paralel olaraq aparılır. Dövlətimiz bütün bu hadisələrin mərkəzində Rusiyanı görür. Məhz bu baxımdan dünən Azərbaycan və Rusiya prezidenti arasında telefon danışıqları olub. Danışıqlar zamanı Laçın koridoru, Qarabağdakı qanunsuz fəaliyyətər və s. mövzular müzakirə edilib. Azərbaycan eyni zamanda, qeyri-hökumət təşkilatlarının xətti ilə Laçın yolunu bağlayıb və orada tədbirlər həyata keçirir. Bu məsələdə qəti qərarlıyıq. Təbii ki, etiraz aksiyası ilə hər şeyin həll olunacağını gözləmirik. Bu, sadəcə ilk addımdır və güman edirəm ki, bununla paralel dövlətimizin müəyyən digər düşüncələri də var”.

Bunu News24.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

O qeyd edib ki, Qarabağdakı əsas məqsədimiz ərazilərimizdəki erməni seperatçıların çıxarılması və sülhməramlıların öz əsasnaməsinə uyğun olaraq fəaliyyət göstərməsini təmin etməkdir: “Azərbaycan həmin ərazilər üzərində suverenliyini mərhələ-mərhələ bərpa etmək istəyir. Fikrimcə, tutulan xətt düzgündür və sonda nəzərdə tutulan nəticəyə gətirib çıxara bilər”.