İran və Rusiya kosmosda əməkdaşlıq üçün memorandum imzaladı
    • 15-12-2022, 15:19
    • 256

İran və Rusiya kosmosda əməkdaşlıq üçün memorandum imzaladı

İran və Rusiya arasında kosmik sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.

News24.az xəbər verir ki, bu barədə İran Kosmik Agentliyinin rəhbəri Həsən Salariyə açıqlama verib.

O bildirib ki, anlaşma memorandumu iki ölkə arasında kosmos sənayesi sahəsində rabitəni gücləndirəcək.

“Roskosmos”un rəhbəri Yuri Borisov da Moskva ilə Tehran arasında kosmik sənaye sahəsində əməkdaşlığın 2002-ci ildə başladığını deyib. 

O, İranın bu sahədə əhəmiyyətli irəliləyişlər əldə etdiyini bildirib. Borisov qeyd edib ki, iranlı astronavtların Rusiya kosmik stansiyasına göndərilməsi iki ölkənin birgə proqramlarından biridir. /Anadolu Ajans/