Berlində 1500 ekzotik balıq olan akvarium partladı - VİDEO
    • 16-12-2022, 13:26
    • 458

Berlində 1500 ekzotik balıq olan akvarium partladı - VİDEO

Berlində şəhərin mərkəzində yerləşən əyləncə kompleksində təxminən 1500 ekzotik balıq olan akvarium partlayıb.

News24.az xəbər verir ki, hadisə yerinə 100-ə yaxın xilasedici gəlib. 

Berlin polisinin etdiyi açıqlamada partlayış zamanı 2 nəfərin xəsarət aldığı bildirilib. 

"Radisson" oteli, muzey, dükan və restoranlarının yerləşdiyi "DomAquaree" kompleksinin məlumatında hündürlüyü 14 metrə çatan akvariumun dünyanın ən böyük silindrik akvariumu olduğu qeyd edilib. 

Partlayışdan sonra yol, eləcə də kompleksdən kənarda olan səkilər zibillə dolub. 

Berlində havanın temperaturu mənfi 7 dərəcə civarında olduğu üçün binadan çıxan otel qonaqlarınına xüsusi avtobuslar ayrılıb. /WELT/

Teymur Məmmədov