Bank hesablarından oğurluq
    • 21-12-2022, 10:37
    • 129

Bank hesablarından oğurluq

Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ayrı-ayrı vaxtlarda 3 vətəndaşın bank hesablarından müxtəlif məbləğlərdə pullarının çıxarılaraq oğurlanması barədə məlumatlar daxil olub. 

News24.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vüsal Əliyev, Bakı şəhər sakinləri Adil Orucov və Müşviq Rəhimov müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır.