Kağız toplayanlarla məhəllə sakinləri arasında dava - ANBAAN VİDEO
    • 22-12-2022, 10:59
    • 183

Kağız toplayanlarla məhəllə sakinləri arasında dava - ANBAAN VİDEO

İstanbulun Şişli bölgəsində məhəllə sakinləri ilə kağız yığanlar arasında mübahisə düşüb.

News24.az
xəbər verir ki, davaya səbəb kağız toplayanların əvvəllər otel kimi istifadə edilən boş binanın qarşısındakı lazımsız əşyaları götürmək istəkləri olub. 

Kağız toplayanlar özləri ilə gətirdikləri dəmir çubuq və kürəklərlə onlara etiraz edən məhəllə sakinlərinə hücum ediblər.

Sakinlər yaşayış binalarından birinə daxil olaraq polisin gəlməsini gözləyiblər.

Onlara hücum edən dəstə isə əşyaları götürərək hadisə yerindən qaçıblar. /Haber Global/

Teymur Məmmədov