Türkiyənin müdafiə naziri: “Azərbaycana təhdid olarsa, BİZ CAVAB VERƏCƏYİK”
    • 23-12-2022, 11:07
    • 191

Türkiyənin müdafiə naziri: “Azərbaycana təhdid olarsa, BİZ CAVAB VERƏCƏYİK”

“Azərbaycan və Türkiyəyə qarşı hər hansı risk və təhdid olarsa, bu təhdidlərə birgə cavab verəcəyik. Ancaq biz müharibə üçün yox, sülh üçün varıq. Bunun üçün çalışırıq”. 

News24.az-ın məlumatına görə, bu fikirləri Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində iştirak edən Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Akar Azərbaycan və Ermənistan arasında müqavilənin imzalanması, regionda sülh və sabitliyin təmin edilməsi, bütün Qafqazda əmin-amanlıq mühitinin yaradılması üçün əllərindən gələni etdiklərini açıqlayıb. /Anadolu Ajans/