Bir qrup valideyn 20 Yanvar dairəsində toplaşıb - DİN-dən AÇIQLAMA
    • 26-12-2022, 15:08
    • 133

Bir qrup valideyn 20 Yanvar dairəsində toplaşıb - DİN-dən AÇIQLAMA

Dekabrın 26-da saat 14 radələrində müxtəlif illərdə qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuların bir qrup valideyni və qohumu Bakıda 20 Yanvar dairəsində toplaşıblar.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev News24.az-a bildirib ki, onların tələbi övladlarına və yaxın qohumlarına şəhidlik statusunun verilməsi olub: "Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılaraq aidiyyəti ünvana göndəriliblər".