Bakı metrosunda qatarda texniki nasazlıq olub - Sərnişinlər geri qaytarıldı
    • 29-12-2022, 10:13
    • 151

Bakı metrosunda qatarda texniki nasazlıq olub - Sərnişinlər geri qaytarıldı

Bakı Metropoliteninin Xətai-Cəfər Cabbarlı stansiyası xətti üzrə hərəkət edən qatarda texniki nasazlıq yaşanıb.

News24.az xəbər verir ki, 18 nömrəli qatar texniki səbəbdən geriyə hərəkət etməli olub.

Sərnişinlər Xətai stansiyasında düşürülüb.

Xətai dalanında olan digər qatarla sərnişinlər Cəfər Cabbarlı stansiyasına yenidən yola salınıb./apa.az