4 nəfərin meyitinin aşkarlandığı evdən görüntülər -FOTO/VİDEO
    • 5-01-2023, 14:27
    • 163

4 nəfərin meyitinin aşkarlandığı evdən görüntülər -FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonunda bir mənzildən 4 nəfərin meyiti tapılıb.

News24.az xəbər verir ki, meyitləri aşkarlanmış şəxslər yaxınlıqdakı “Şərq bazarı”nda işləyir, həmin mənzildə kirayə qalırlarmış.

Qonşulardan biri deyib ki, hadisə təxminən 30-31 dekabr tarixlərində baş verib: “10 gün idi ki, kirayə qalırdılar. Birini tanıyırdım. Yaşları 30 olmazdı”.  

Qeyd edək ki, DİN Mətbuat xidmətinin yaydığı məlumatda meyitlərin üzərində zorakılıq əlamətləri müəyyən olunmadığı bildirilir. İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir./ Qafqazinfo/