Avtomobilinin şüşəsinin silinməsini istəməyən qadın döyüldü
    • 6-01-2023, 10:20
    • 332

Avtomobilinin şüşəsinin silinməsini istəməyən qadın döyüldü

Avtomobilinin şüşəsinin silinməsini istəməyən qadın hücuma məruz qalıb.

News24.az xəbər verir ki, hadisə İstanbulda yaşanıb. 

Çiğdem Tunç adlı qadın nişanlısı ilə işıqforda dayanıb. Bu zaman kimsə onların maşınına yaxınlaşaraq onlardan soruşmadan şüşələri silməyə başlayıb.

Avtomobildə olanların etiraz etdiyini görən şəxs əvvəlcə söyüş söyüb, daha sonra gənc qadını döyüb.

Aldığı zərbənin təsirindən qanlar içində qalan qadın polis bölməsinə gedərək onu döyən şəxsin eyni cinayətə görə bir neşə saat əvvəl sərbəst buraxıldığını öyrənib. /CNN Türk/

Teymur MƏMMƏDOV