Hava şəraiti ilə əlaqədar məktəblər bağlanır? - RƏSMİ AÇIQLAMA
    • 9-01-2023, 15:57
    • 222

Hava şəraiti ilə əlaqədar məktəblər bağlanır? - RƏSMİ AÇIQLAMA

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti nisbətən azalıb.  Bu, dağlıq və dağətəyi rayonlarında dərsə davamiyyətə daha çox təsir edib. 

News24.az xəbər verir ki, bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, şaxtalı hava şəraiti ilə bağlı bəzi ümumi təhsil müəssisələrində istilik təminatı ilə bağlı problemlər qeydə alınıb. Həmin məktəblərdə istiliyin bərpası istiqamətində işlər aparılır. 

Nazirlikdən qeyd edilib ki, qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı bir rəsmi qərar verilməyib./qafqazinfo.az/