Bakıda marşrut avtobusu azyaşlını vuraraq öldürdü
    • 10-01-2023, 17:19
    • 153

Bakıda marşrut avtobusu azyaşlını vuraraq öldürdü

Bakıda marşrut avtobusu 10 yaşlı uşağı vuraraq öldürüb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, yanvarın 10-da saat 16:30 radələrində Xətai rayonu Əhmədli qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, 44 saylı marşrut üzrə hərəkət edən “Daevo” markalı xətt avtobusu 10 yaşlı məktəbli oğlanı vurub. Məktəbli hadisə yerində dünyasını dəyişib.

Araşdırma aparılır.