-
- 11-01-2023, 11:22
- 112
Qanunsuz ov edən 4 nəfər saxlanıldı
Polis əməkdaşları tərəfindən Salyan və Cəlilabad rayonlarında qanunsuz ov edən 4 nəfər saxlanılıb. Onlardan müxtəlif markalı 4 ədəd ov tüfəngi götürülüb.
News24.az xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə yanvarın 9-da rayon sakini Z.Tağıyevin ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı hadisə yerinə baxış zamanı oradan mərhum Z.Tağıyevə məxsus sənədsiz “İJ-18”, həmçinin həmin vaxt orada olan T.Cəfərovdan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngləri aşkar olunaraq götürülüb.
Qeyd edək ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 10-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi götürülüb.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.