İranda qaz böhranı: Dövlət müəssisələri bağlandı
    • 16-01-2023, 10:37
    • 127

İranda qaz böhranı: Dövlət müəssisələri bağlandı

İranın 5 əyalətində dövlət idarələri, məktəblər və universitetlər təbii qaz təchizatında yaranan problemə görə bağlanıb.

News24.az
xəbər verir ki, paytaxt Tehranda qubernatorluq dövlət işçilərinə xəbərdarlıq edib. Xəbərdarlıqda qızdırıcıların yanmayacağı üçün işçilərdən daha qalın paltar geyinmələri istənilib.

Qeyd edək ki, İran dünyanın ən çox təbii qaz ehtiyatına malik ikinci ölkəsidir. Lakin ölkədə texniki çatışmazlıqlar olduğu üçün qazın çıxarılması, ötürülməsi və istismarında problemlər yaranıb.

Qumral Əliyeva