Məşhur müğənninin həyat yoldaşı həbsxanada öldü
    • 18-01-2023, 12:01
    • 245

Məşhur müğənninin həyat yoldaşı həbsxanada öldü

Türkiyəli məşhur müğənni Elif Karlının 30 illik həyat yoldaşı, bir müddətdir həbsdə olan Cengiz Karlı ürək tutması nəticəsində dünyasını dəyişib.

News24.az xəbər verir ki, həyat yoldaşının ölüm xəbərini səhər saatlarında telefonla aldığını deyən Karlı "Ötən çərşənbə axşamı onunla danışmışdım.  Səsi yaxşı gəlirdi. 2 gün əvvəl qrip olmuşdu" deyib. 

Müğənni bildirib ki, həyat yoldaşım ağır ürək xəstəsi okub: "2009-cu ildə ağır ürək əməliyyatı keçirmişdi. Ayağı da daxil olmaqla 18 stent taxılmışdı. Onda böyrək çatışmazlığı və şəkər xəstəliyi var idi. Bu səbəbdən fevralın 6-da məhkəməsi keçirilənə qədər ev dustaqlığı istəmişdik. Amma nəticəni gözləyərkən ölüm xəbəri gəldi”. /Haberler.com/

Teymur MƏMMƏDOV