Müəmmalı xəstəlik 18 nəfərin həyatına son qoydu - Uşaqlar da var
    • 27-01-2023, 10:28
    • 141

Müəmmalı xəstəlik 18 nəfərin həyatına son qoydu - Uşaqlar da var

Pakistanın Kəraçi şəhərində son 2 həftədə müəmmalı xəstəlik səbəbindən ani ölümlər baş verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, indiyədək azı 10-u uşaq olmaqla 18 nəfər ölüb. Bilinməyən xəstəliyin səbəbinin zəhərli qazlarla bağlı olduğu güman edilir. 

Rəsmilər bölgədə yağ, piy və xam dəmir fabriklərinin fəaliyyət göstərdiyini bildiriblər. Xəstələrdə tənəffüs çatışmazlığı müşahidə edilir. 

İstintaq çərçivəsində 3 fabrik bağlanıb, 4 nəfər saxlanılıb.

Hazırda ölümlərə səbəb olduğu düşünülən qaz və digər kimyəvi maddələr araşdırılır.

Teymur MƏMMƏDOV