23 yaşlı gəlindən İNANILMAZ ADDIM – Ərinin aparılmasına imkan vermədi
    • 27-01-2023, 10:33
    • 139

23 yaşlı gəlindən İNANILMAZ ADDIM – Ərinin aparılmasına imkan vermədi

Göyçayın Şəhadət kəndində insident baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə barəsində polisə şikayət edilmiş kənd sakini, 1984-cü il təvəllüdlü Anar Cəbiyevin evinin qarşısında baş verib.

Polis əməkdaşları ora gələrkən Anar müqavimət göstərib və 102-yə zəng edərək özünü yandıracağını bildirib. Bundan sonra onun həyat yoldaşı, 1999-cu il təvəllüdlü Gülnaz Dəmirova küçəyə çıxaraq ərinə sarılıb və onun aparılmasına imkan verməyəcəyini bildirib. Polislər Anarın yalnız izahatının alınacağını desə də, 23 yaşlı qadın aqressiv hərəkətlər edib. O, əvvəlcə daşla Göyçay rayon Polis Şöbəsinə məxsus xidməti “Chevrolet Niva” markalı avtomobilə zərbə endirərək ön şüşəni sındırıb. Daha sonra isə həyətdəb bel götürərək onlara hücum edib.

Ər və arvadı daha sonra saxlanılaraq şöbəyə gətirilib. Göyçay rayon məhkəməsinin qərarı ilə onların hər biri 200 manat cərimə edilib. Həmçinin avtomobilə dəymiş 170 manat ziyanın ödənilməsi G.Dəmirovanın üzərinə qoyulub.

O da məlum olub ki, A.Cəbiyevin barəsində həmyerlisinə qarşı 500 manat məbləğində dələduzluq etməsi və onu hədələməsi ilə bağlı şikayət olub.

Taleh Bağırov