Nazarbayevin statusu və səlahiyyətləri ilə bağlı qanun QÜVVƏDƏN DÜŞDÜ
    • 15-02-2023, 16:50
    • 149

Nazarbayevin statusu və səlahiyyətləri ilə bağlı qanun QÜVVƏDƏN DÜŞDÜ

Qazaxıstanda “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası (Millət Lideri) haqqında” qanun qüvvədən düşüb.

News24.az xəbər verir ki, müvafiq bəyanat fevralın 15-də Qazaxıstan prezidentinin mətbuat xidmətindən verilib.

Müddəti bitmiş qanun ölkənin birinci lideri Nursultan Nazarbayevin statusu və səlahiyyətlərinə aid olub.

Qazaxıstanın hazırkı prezidenti Kasım Jomart Tokayev Qazaxıstanın birinci prezidenti haqqında qanunvericilik normasını qüvvədən salan konstitusiya qanununu imzalayıb.

Nursultan Nazarbayev 1991-2019-cu illərdə Qazaxıstan prezidenti olub. Prezident səlahiyyətləri başa çatdıqdan sonra 2022-ci ilin yanvarına qədər Qazaxıstan Təhlükəsizlik Şurasının və "Nur Otan" partiyasının sədri vəzifəsində çalışıb.

Nazarbayev 2023-cü ilin yanvarına qədər Qazaxıstan konstitusiya şurasının üzvü olub.

Teymur MƏMMƏDOV