Zəlzələdən sağ çıxan ailə yanğında həyatını itirdi
    • 17-02-2023, 10:09
    • 132

Zəlzələdən sağ çıxan ailə yanğında həyatını itirdi

Zəlzələdən sağ çıxaraq Konyaya gedən 7 nəfərlik ailə yanğında həyatını itirdi.

News24.az Türkiyə KİV-nə istinadən verir ki, zəlzələdən sağ çıxaraq Konyaya köçən iki suriyalı ailə yaşadıqları evdə baş vermiş yanğın nəticəsində ölüblər.

Hadisə yerinə çox sayda polis, xilasetmə qrupları gəlsə də, yalnız 2 nəfərin həyatını qurtarmaq mümkün olub.

Humay İSGƏNDƏROVA