Küçədə top oynayan uşaqlar ölümdən döndü - VİDEO
    • 13-08-2022, 13:40
    • 302

Küçədə top oynayan uşaqlar ölümdən döndü - VİDEO

Türkiyədə “Yeniçiftlik” adlanan ərazidə küçədə sürətlə hərəkət edən avtomobildən uşaqlar son anda xilas olublar. 

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin hadisəni kamera  anbaan çəkib və görüntülər Türkiyə mediasını çalxalayıb. 
Sürətlə hərəkət edən avtomobil uşaqların olmasına əhəmiyyət vermədən ərazidən sürətlə keçməyə çalışıb. 
Həmin məqamda uşaqlardan biri divara söykənib, digəri isə möcüzə nəticəsində baş verə biləcək faciədən xilas olub. 
Sürücü tapılaraq polis bölməsinə aparılıb.

Vüsalə Babaşova