“Şapka Mamed”in həyat yoldaşı vəfat etdi
    • 20-02-2023, 14:11
    • 386

“Şapka Mamed”in həyat yoldaşı vəfat etdi

“Aqrarkredit” QSC-nin sədri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevə ağır itki üz verib.

News24.az  xəbər verir ki, M.Musayevin həyat yoldaşı Afaq Musayeva Bakı şəhərində dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilir.

Qeyd edək ki, uzun illərdir sahibkarlıq fəaliyyəti göstərən və adı müxtəlif qalmaqallarda çəkilən M.Musayev cəmiyyətdə “Şapka Mamed” adı ilə tanınır.