Əvvəllər məhkum olunmuş  şəxs bank hesabından pul oğurladı
    • 23-02-2023, 11:22
    • 144

Əvvəllər məhkum olunmuş şəxs bank hesabından pul oğurladı

Əvvəllər məhkum olunmuş şəxs vətəndaşların bank hesabından pul oğurlayıb.

DİN-in Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Mehdiyev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb. 

Qeyd edək ki, araşdırmalar zamanı onun fevralın 7-də Xırdalan şəhər sakinləri olan iki qadının bank hesablarından pullarını oğurlaması da müəyyən olunub.