MİQ imtahanında yeni qərarın səbəbi açıqlandı
    • 23-02-2023, 12:17
    • 122

MİQ imtahanında yeni qərarın səbəbi açıqlandı

Müəllimlər işə qəbulu imtahanında səhvlərin düzgün cavablara təsiri bu istiqamətdə aparılmış təhlillərin nəticəsində verilmiş qərardır.

News24.az xəbər verir ki, bunu ARTİ, Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

Onun sözlərinə görə, təhlillər onu göstərir ki, asan və orta səviyyəli sualları cavablandıra bilməyən namizədlər bəzən yüksək çətinlikdə olan suallara düzgün cavab verirlər:

“Bu, tapmaca xarakterli cavablandırmanın nəticəsidir. Ona görə də MİQ imtahanlarında səhv cavabların doğru cavablara təsiri qaydası tətbiq edilib”.