“Ev tərpənir, çıxıb həyətdə dayanırıq” – Sevil Allahverdiyeva kömək istədi
    • 25-02-2023, 11:48
    • 480

“Ev tərpənir, çıxıb həyətdə dayanırıq” – Sevil Allahverdiyeva kömək istədi

QHT sədri Sevil Allahverdiyeva yaşadığı ərazidə ağacların kütləvi məhv edilməsi və gecə saatlarında tikinti aparılması ilə bağlı məlumat yayıb.

News24.az xəbər verir ki, o, bildirib ki, Binəqədi rayonu 9 mikrorayon Mir Calal Paşayev küçəsi 63 A ünvanındakı binanın həyətindəki bütün agaçlar son günlrdə kəsilib: “Bina tikmək üçün özül qazırlar. Ev tərpənir çıxıb həyətdə dayanırıq.

Bütün sutka, geçə və gündüz işləyirlər, yatmağa belə qoymurlar. Səsdən evdə oturmaq olmur. Bütün instansiyalara xəbər versək də xeyri yoxdur. Bircə polisdən gəlirlər. Yaşadığımız bina ilə heç 15-20 metr məsafə yoxdur. Görəsən zəlzələni düşünən var? Kim bunlara bu icazəni verib?”

S.Allahverdiyeva ərazidə ağacların necə məhv edilməsini əks etdirən fotolar da təqdim edib.