Deputat Bakının yollarından gileyləndi:
    • 25-02-2023, 12:16
    • 201

Deputat Bakının yollarından gileyləndi: "Günün günorta çağı..."

Millət vəkili Razi Nurullayev Feysbuk hesabında paytaxt yollarından şikayətlənib.

News24.az deputatın paylaşımını təqdim edir:

“Yolların düzəldilməsi yaxşıdır. Amma günün günorta çağı yox. Bir saatdır vacib görüşə tələsirəm, heç cür Neftçilər prospektinə çıxa bilmirəm. Yaxşı olar ki, gecə 12:00-dan səhər saat 6:00-ya kimi təmir aparılsın. Yoxsa şəhər vətəndaşlarına yüzlərlə psixiatr tələb olunacaq”.