Koronavirus 8 metrlik məsafədən YOLUXA BİLƏR - ARAŞDIRMA
    • 1-04-2020, 12:04
    • 776

Koronavirus 8 metrlik məsafədən YOLUXA BİLƏR - ARAŞDIRMA

Amerika Tibb Dərnəyinin jurnalında koronavirusla bağlı təəccüblü fikirlər yer alıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, xəstəliklə bağlı qeyd edilən 1,5 metrlik məsafə həqiqətə uyğun deyil. Bildirilib ki, bu məsələ 1930-cu illərdən qalan fikirdir. Əslində isə öskürək və asqırıq yolu ilə virus 8 metr uzaqlıqdakı insana yoluxa bilər. 

 Lakin, bu araşdırma ilə razılaşmayan ABŞ-ın Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru, eyni zamanda Donald Trampın koronavirusla mübarizə qrupunda olan Entoni Fauci bildirib ki, virusun 8 metr məsafəyə yayılması üçün çox güclü asqırıq və ya öskürək lazımdır. O, bu araşdırmanın insanları düzgün yönləndirmədiyini vurğulayıb.