USD 1.7
EUR 1.8427
TRY 0.2563
RUB 0.022
  • Bakı 10°C
  • ŞUŞA 4°C
  • GƏNCƏ 8°C
  • LƏNKƏRAN 11°C
  • ŞƏKİ 9°C
  • QUBA 8°C
  • NAXÇIVAN 11°C

Bakıda dəhşət - Qardaş 30 yaşlı bacısını doğradı

HADİSƏ

Mətn ölçüsü

Bakıda qardaşın bacısını öldürməyə cəhd etməsi hadisəsi ilə bağlı Suraxanı rayon Prokurorluğunda açılmış cinayət işi üzə ibtidai istintaq başa çatıb.

News24.az
-ın məlumatına görə, Yeni Suraxanı qəsəbəsində bacısına 3 bıçaq zərbəsi endirən Əliyev Baba Vaqif oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29. 120.2.4-cü, yəni, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Fikrət Qəribovun sədrliyi ilə baxılacaq. Hazırlıq iclası dekabrın 6-na təyin edilib.

Qeyd edək ki, bir neçə ay əvvəl Yeni Suraxanı qəsəbəsində ailə münaqişəsi zəminində qardaş öz bacısı, 1989-cu il təvəllüdlü Əliyeva Səbinə Vaqif qızına bıçaqla xəsarət yetirib.

Yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Qarın nahiyəsindən 3 bıçaq xəsarəti alan S.Əliyeva ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Xəbəri paylaş: