Yevlaxda ağır yol qəzası- 1 ölü, 1 yaralı
    • 17-04-2020, 13:39
    • 808

Yevlaxda ağır yol qəzası- 1 ölü, 1 yaralı

Yevlax rayonununda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, aprelin 16-da saat 8 radələrində rayonunun Tanrıqulular kəndi ərazisində şəhər sakini Fəxri Əlizadənin idarə etdiyi “Mercedes” və Mingəçevir şəhər sakini K.Bəşirovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə F.Əlizadə hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.