Minik avtomobili traktorla toqquşdu, xəsarət alanlar var
    • 23-05-2020, 22:20
    • 699

Minik avtomobili traktorla toqquşdu, xəsarət alanlar var

Şəmkir rayonunda xəsarətlə nəticələnən yol qəzası olub. 

News24.az xəbər verir ki, hadisə Zəyəm- Düyərli kənd yolunun Düyərli kəndi ərazisində baş verib. 

Belə ki, traktor "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan 56 yaşlı Azad Namazov müxtəlif bədən xəsarətləri alıb. Hadisə nəticəsində daha bir nəfərin də xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb./Report