Azərbaycan nefti orta hesabla 67 dollara satılıb
    • 16-05-2020, 11:46
    • 789

Azərbaycan nefti orta hesabla 67 dollara satılıb

2019-cu ildə qlobal enerji qiymətlərində müşahidə edilən dalğalanmalar nəticəsində “Azeri Light” markalı xam neftin bir barelinin dünya bazarlarında satış qiyməti orta hesabla 66,9 ABŞ dolları səviyyəsində qərarlaşıb. 

News24.az bu barədə Maliyyə Nazirliyindən xəbər verilib. 

Məlumata görə, bu 2018-ci ilə nisbətən 8,5% az olsa da, dövlət büdcəsində nəzərdə tutulmuş qiymət göstəricisi (60 ABŞ dolları) ilə müqayisədə 11,5% çox olub.