“Hilton” oteldə dəhşətli hadisə - Gənc qızın boğazını kəsdilər - FOTOLAR
    • 25-07-2018, 18:45
    • 2 110

“Hilton” oteldə dəhşətli hadisə - Gənc qızın boğazını kəsdilər - FOTOLAR

Hadisə Mançesterdəki “Hilton” oteldə baş verib.

Belə ki, 20 yaşlı gənc qız rəfiqələrinin “Hilton”da təşkil edilmiş ad gününə dəvət alıb. Səhərə qədər davam edən çılğın partidə dava baş verib.

Dava zamanı otelin pəncərəsi sındırılıb. Sınmış şüşə parçası ilə partidə iştirak edən Shaunagh Philpottnun boğazını kəsiblər. Hadisə səhər saatlarında baş verib. Ağır yaralanan qız qan içində oteldən çıxıb, qaçmağa başlayıb. Bu görüntü ətrafda olan hər kəsi şoka salıb. 

Otelə polislər basqın edib. Partidə iştirak edən və şübhəli bilinən 6 nəfər saxlanılıb. 

Hadisənin nədən baş verməsi hələlik tam bəlli deyil. 

Elvin Nüsrətoğlu