İki gün dərs olmayacaq - Zəlzələyə görə
    • 27-03-2019, 19:07
    • 1 007

İki gün dərs olmayacaq - Zəlzələyə görə

Bu gün növbəti dəfə Türkiyənin Dənizli şəhərində zəlzələ baş verib. News24.az Trükiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Dənizli şəhərinin Acıpayam qəsəbəsində 4.3 bal gücündə baş verən zəlzələyə görə, orta məktəblərdə iki günlük tətil elan olunub. Bir necə gündür dalbadal zəlzələnin baş verməsi əhali arasında təşvişə səbəb olub. Bu səbəbdən uşaqların psixoloji sarsıntı keçirməməsi üçün məktəblər iki günlük dayandırılıb.

Qeyd edək ki, Acıpayam qəsəbəsində martın 20-də 5.5 bal və martın 25-də isə 4.1 bal gücündə zəlzələ baş verib.