Xaçmaz sakinindən 31 kiloqram narkotik GÖTÜRÜLDÜ
    • 29-08-2019, 10:26
    • 888

Xaçmaz sakinindən 31 kiloqram narkotik GÖTÜRÜLDÜ

Xaçmazda narkotik maddələrin kultivasiyası ilə məğul olan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış  tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinər rayonun Müşfiq kənd sakini, 46 yaşlı Zakir Əhmədov saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə ona məxsus evin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş yaş çəkisi 31 kq olan 41 ədəd narkotik xassəli çətənə bitkiləri aşkar olunub.

Dindirilmə zamanı Z.Əhmədov çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.