Onur Tuna və Tuvana Türkayın imza günü keçiriləcək – BİLETLƏR SATIŞDA - VİDEO
    • 25-02-2020, 11:54
    • 2 831

Onur Tuna və Tuvana Türkayın imza günü keçiriləcək – BİLETLƏR SATIŞDA - VİDEO

İşgüzar xanım Ruhi Əliyevanın təşəbbüsü ilə “Liatris Yapım”ın ərsəyə gətirdiyi “Ağır Romantik” filminin imza günü keçiriləcək.

News24.az xəbər verir ki, 7 mart saat 14:00-da “CinamaPlus” kinoteatrlar şəbəkəsinin “Gənclik Mall” filialında baş tutacaq tədbirdə ekran işində rol alan məşhur aktyorlar Onur Tuna və Tuvana Türkay iştirak edəcək.

Aktyorlar azərbaycanlı pərəstişkarlarına imzalı posterlərini paylayacaqlar. 

İmza gününün sonunda Onur Tuna və Tuvana Türkayın tamaşaçılarla film izləməsi planlaşdırılır. 

Qeyd edək ki, “Ağır Romantik” filmi 5 mart tarixindən “CinemaPlus”, "Aygun City" və Nizami Kino Mərkəzində nümayiş olunacaq.