Müğənni Rəqsanə dövlət başçısına şikayət məktubu yazacaq
    • 11-03-2019, 15:47
    • 1 041

Müğənni Rəqsanə dövlət başçısına şikayət məktubu yazacaq

Müğənni Rəqsanə İsmayılova ilə Qaradağ Rayon Polis İdarəsinin rəisi İbrahimov Əli Fərman oğlu arasında məhkəmə çəkişməsi bir neçə aydır davam edir.

News24.Az-ın əldə etdiyi məlumata görə, hazırda müğənni qarşı tərəfi appelasiya məhkəməsinə verib. Məsələ ilə bağlı müğənninin vəkili ilə əlaqə saxladıq. Vəkil öz növbəsində məhkəmənin gedişatı haqda danışmaqdan imtina etdi.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, hazırda Moskvada olan müğənni yaxın günlərdə Bakıya gələcək və Daxili İşlər Naziri və Prezidentə məktub ünvanlayacaq. Xatırladaq ki, bir neçə il öncə müğənni evini girov qoyub və qarşılığında polis rəisindən 419 min manat borc alıb. İsmayılova borcun 332 min dollarını qarşı tərəfə ödəsə də, borcu verən şəxs evi müğənniyə qaytarmaqdan imtina edib. Və hansısa yollarla müğənninin evini öz adına keçirdib.