1206 məktəbəqədər təhsil müəssisəsində keçirilən monitorinqlərin nəticələri açıqlandı
    • 17-01-2020, 11:41
    • 584

1206 məktəbəqədər təhsil müəssisəsində keçirilən monitorinqlərin nəticələri açıqlandı

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ötən il ölkə ərazisində fəaliyyət göstərən 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib.

News24.az xəbər verir ki, bunu 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib. Onun sözlərinə görə, ötən il AQTA tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sahəsində ümumilikdə 1291 yoxlama həyata keçirilib: "Yoxlamaların 820-i planlı, 471-i isə plandankənar olub. 748 təsərrüfat subyekti barədə inzibati xəta haqqında 792 protokol tərtib edilib. 629 inzibati cərimə, 36 işin aidiyyəti üzrə göndərilməsi, 21 xəbərdarlıq, 14 şərti cərimə, 6 iş üzrə icraata xitam verilməsi və 5 iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilib. Barəsində icraat aparılan şəxsin inzibati cərimə edilməsi haqqında qəbul edilən qərarlar əsasında 372 530 AZN məbləğində inzibati cərimə tətbiq olunub".

AQTA sədri onynda əlavə edib ki, 2019-cu ildə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə aparılan yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri zamanı ümumilikdə 108.2 min ton və 99.4 min ədəd (buğda, soya, arpa, ting və s.) məhsul zərərsizləşdirilib, 629 ton və 9734.9 litr məhsul məhv edilib, 33.3 ton məhsul isə utilizasiya olunub. Agentlik tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinqlər keçirilib.

Afaq Mirayiq