Bu məşhur türk serialının çəkildiyi ev zəlzələdə yerlə-yeksan oldu - FOTOLAR
    • 3-03-2023, 14:31
    • 133

Bu məşhur türk serialının çəkildiyi ev zəlzələdə yerlə-yeksan oldu - FOTOLAR

Bir zamanlar rekord qıran "Zerda" serialının çəkildiyi Hurşit Ağa Köşkü Kahramanmaraş zəlzələlərində dağılıb.

News24.az xəbər verir ki, köşk Qaziantepin Nurdağı mahalının Sakçagözü qəsəbəsində 1916-cı ildə inşa edilib.

Hurşit Ağa Köşkü 2002-2004-cü illər arasında milyonları ekrana bağlayan "Zerda" serialı ilə yanaşı, bir çox filmə ev sahibliyi edib. 

3 ayrı hissədən ibarət malikanənin 2 müstəqil hissəsi dağılıb. Digər hissəsinə isə ciddi ziyan dəyib. 

Tarixi və bağçası ilə bölgənin əhəmiyyətli turizm mərkəzləri arasında yer alan malikanənin yerində daş yığınlarından ibarət dağıntılar var. /Haber Global/

Teymur MƏMMƏDOV