““Tarixi Nadir”i yarısına qədər oxumuşam, amma bunu başa düşmürəm”
    • 7-03-2023, 13:23
    • 161

““Tarixi Nadir”i yarısına qədər oxumuşam, amma bunu başa düşmürəm”

“Bizə təqdim edilən Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsinin mətni son dərəcə mürəkkəbdir. Halbuki bu, çox aydın tənzimlənməlidir”. 

News24.az xəbər verir ki, bu fikirləri millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında deyib. 

“Mən “Tarixi Nadiri” yarısına qədər oxumuşam, amma bu mətni başa düşmürəm. Bizə mətn tam verilməlidir ki, dəyişiklik edildikdən sonra miqrasiya haqqında qanun necə görünəcək. Yoxsa, oturub bir-bir, maddə-maddə baxmalıyıq, iynə ilə gor qazmalıyıq ki, bu dəyişikliklərdən sonra qanunun taleyi necə olacaq”, - deyə deputat bildirib. 

Millət vəkilinin sözlərinə görə, bu məcəllədə onu narahat edən əsas məsələ Azərbaycandakı oturum haqqıdır: “Kimin 100-200 min kapitalı varsa, oturum ala bilər. Halbuki bizim millətimizin yarısı ölkə xaricində, Güney Azərbaycanda yaşayır. Onların bir hissəsi bura müəyyən məqsədlər, təhsil almaq və s. üçün gələ bilər. Kapital qoymaq imkanı olmayan, ictimai təşkilatların dəstəyi ilə ölkəyə gələn bu şəxslərin taleyi necə olacaq? Bunlar necə tənzimləyəcəyik? Qanunda bunun həllini görmədim”.