Culfada poçtdan oğurluq edildi
    • 9-03-2023, 10:14
    • 164

Culfada poçtdan oğurluq edildi

Culfa rayonunda oğurluq edən şəxs barədə cinayət işi başlanılıb.

News24.az xəbər verir ki, Culfa rayon Polis Şöbəsinin əməkdaşları Göydərə kənd poçt bölməsindən oğurluq edən şəxsi müəyyənləşdirərək saxlayıb.

Ə. Məmmədov barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir.