İngiliscə danışaraq məşhurlaşan Xınalıq sakini Londona göndəriləcək
    • 9-03-2023, 22:05
    • 177

İngiliscə danışaraq məşhurlaşan Xınalıq sakini Londona göndəriləcək

İngiliscə danışaraq məşhurlaşan Xınalıq kənd sakini 13 yaşlı İbrahim Zeynalov İngiltərəyə oxumağa göndəriləcək.

Bu haqda News24.az MÜSİAD-dan bildirilib.

Məlumatda qeyd olunur ki, hazırda İ.Zeynalovun səfəri üçün lazımi tədbirlər görülür.

Təşkliat İ.Zeynqlovu İngiltərəyə yay məktəbinə göndərəcək.

Qeyd edək ki, İ.Zeynalov Qubanın ucqar dağ kəndlərindən olan Xınalıqda doğulub və o, hazırda valideynləri ilə orada yaşayır.

Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə Qubanın Xınalıq kəndindən olan İbrahimin polşalı turistlə kənd haqqında maraqlı söhbəti yayılıb.
13 yaşlı İbrahim sinifdə "ingilis dili çempionu" olduğunu bildirib. O, Türkiyədə oxumaq istədiyini, orada dostunun yaşadığını da bildirib.